XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Şenol Güneş uğursuzluğun səbəblərini açıqladı
İdman 10:00 / 21.06.2021
AVRO-2020 həyəcanı Türkiyə millisi üçün rəsmən başa çatdı. "Ay-ulduzlular” qrupda keçirdiyi hər üç oyunda məğlub olaraq çempionatla vidalaşdılar. Mərhələ adlamağa az da olsa şansı qalan qardaş ölkə təmsilçisinin ümidləri Bakı Olimpiya Stadionunda İsveçrə millisi ilə oyunda puç oldu. Qarşılaşma İsveçrə komandasının 3:1 hesablı qələbəsi ilə başa çatdı. Beləliklə, Türkiyə yığması Avro-2020-bi xalsız başa vurdu. Oyundan sonra təşkil olunan mətbuat konfransında Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandanın uğursuz çıxışının səbəblərini açıqlayıb:

"Belə nəticəyə görə təəssüflənirik. Bu çempionatı uzun müddətdir ki, gözləyirdik. Özümüzü göstərməyə, yaxşı nəticə əldə etməyə çalışırdıq. Qrupdan çıxmaq bizim üçün əsas hədəf idi. Çempionata Pis başladıq. Düzdür, bu gün oyuna daha yaxşı başlamışdıq. Amma ardıcıl olaraq qollar buraxdıq. Azarkeşlərimiz bizdən çox şey gözləyirdi. Amma onların ümidlərini doğrulda bilmədik. Uelsə qarşı oyunla müqayisədə bu gün daha yaxşı olsaq da nəticə istədiyimiz kimi olmadı. Düşündüyümüzün tam əksi oldu. Bu gün toparlanmalı idik. İsveçrənin də istedadlı oyunçuları var. Qalib gələ bilərdik. Həm Uelslə, həm İsveçrə ilə görüş İtaliya ilə matçın kölgəsində qaldı. Futbolçular da üzgündür. 1/8 finala çıxmalı idik. Lakin bacarmadıq. Bu turniri belə başa vurmaq məyusedicidir. 1:2-dən sonra hücumlar gözləyirdik. Amma qol buraxdıq. Xal ala bilmədik. Komandamız hələ gəncdir. Onlara güvənirəm, inanıram. Burada nə desək, düz olmaz. Təcrübə çatmadı. Futbolçulara təşəkkür edirəm. Onların gələcəyi parlaqdır. Daha yaxşı milli komandamız olacaq. Oynadığımız uğurlu matçlar arxada qaldı. Bura gələndən sonra onların əhəmiyyəti yoxdur. Avropa çempionatı bizim üçün böyük sınaq oldu. Bəzən uğursuzluq daha çox təcrübə qazandırır. Bundan dərs almalı, təcrübə qazanmalıyıq. Daha çox çalışmalıyıq”.

Türkiyəli mütəxəssis mətbuat konfransında istefası haqda düşünmədiyini də açıqladı:

"Qarşıda dünya çempionatının seçmə mərhələsi var. Mən hesabatımı sizə yox, federasiyaya verəcəyəm. Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Gözəl nəticələrlə tarix yazmaq istəyirdik”.

27328 oxunub

InvestAZ