XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



AVRO-2020: Bu gün A qrupunda üçüncü tura start veriləcək
İdman 13:14 / 20.06.2021
Bu gün AVRO-2020-nin final mərhələsi çərçivəsində üçüncü turun oyunları keçiriləcək. Tura A qrupunda təşkil olunacaq iki qarşılaşma ilə start veriləcək. Qarşılaşmalardan biri Bakı Olimpiya Stadionunda, digəri isə Romadakı "Olimpiko” stadionunda oynanılacaq. Hər iki oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Bakıdakı oyunda Türkiyə millisi İsveçrə yığmasını qəbul edəcək. Oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. 2 turdan sonra İsveçrə millisi 1 xalla üçüncü sırada qərarlaşıb. Hər iki oyunda məğlub olan "ay-ulduzlular” isə qrupda sonuncu pillədə yer alıb. Ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsündən biri kimi səkkizdəbir finala çıxmağı qarşısına məqsəd qoyan qardaş ölkə təmsilçisi bunun üçün mütləq rəqibinə qalib gəlməlidir. Lakin qazanılacaq bu qələbə də Türkiyə millisinə qrupdan çıxmaq üçün kifayət etməyə bilər. Bu baxımdan digər oyunların nəticəsi də önəmli olacaq.

A qrupunda sonuncu oyunda isə İtaliya millisi "Olimpiko” stadionunda Uelsi qəbul edəcək. Oyunu rumıniyalı baş hakim Ovidiu Hatseqan idarə edəcək. Qrupda keçirdiyi hər iki görüşü qələbə ilə başa vuran apenninlilər artıq 1/8 finala vəsiqəni təmin ediblər. Dörd xalla ikinci sırada qərarlaşan britaniyalılara isə mərhələ adlamaq üçün heç-heçə də sərf edir.

1722 oxunub

InvestAZ