XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



25 min dollarlıq şərh
İdman 12:15 / 10.06.2021
"Mayami Hit” basketbol klubunun prezidenti Pat Rayli tamperinq (sərbəst agentlərin bazarını elan etməzdən əvvəl digər klubla müqaviləsi olan oyunçunu cəlb etməyi və ya danışıqlara meyilli etməyi qadağan edir) qaydalarını pozduğuna görə 25 min dollar cərimə edilib. Buna səbəb isə onun bu yaxınlarda radioların birinə verdiyi müsahibədə "Leykers”in ulduzu Lebron Ceymsin "Mayami Hit”ə qayıtmaq ehtimalı ilə bağlı şərhi olub.
"Lebron mənə zəng edib gəldiyini bildirərsə, mən açarı xalçanın altına qoyacağam. Amma bunun baş verəcəyinə çox şübhə edirəm. Bu açar artıq paslanıb. Lebrona yalnız ən yaxşısını arzulayıram. Əgər o, geri dönmək istəsə, mən xalçanın altına yeni, parlaq bir açar qoyacağam”, deyə Pat Rayli bildirib.

37111 oxunub

InvestAZ