XƏBƏR LENTİ
09 May 2021
07 May 2021
06 May 2021
05 May 2021
04 May 2021



Bir bayraq dostuma rəhmət diləyirəm
İdman 10:05 / 04.05.2021


Dünyanı cənginə almış Covid-2019 pandemiyası üzündən dünyadan köçənləri hörmətlə andığımız dönəmdə Amerika Birləşmiş Ştatlarından Türk dünyasına üzücü bir xəbər gəldi. Dost və qardaş Azərbaycanın öndə gedən dövlət adamlarından gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Azad Rəhimov xəstəxanada həyatını itirdi. Azad can dostlarımdan biri idi. Belə deyərdi: "Biz bayraq dostuyuq” Ölkəmizin ay-ulduzu və Azərbaycanın günəş ulduzu ilə bağlı idik. Azad uğurlu bir iş adamı idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu gördü və onu Azərbaycanda müvafiq sahəyə, daha sonra da idman rəhbərliyinə təyin etdi. I Avropa Oyunlarının, eləcə də Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının Konqress və Assambleyalarının uğurlu təşkilində danılmaz əməyi var idi. Can qardaşım MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayevin ədalətli oyunların təbliği və inkişafı istiqamətində gördüyü işlərə həmişə dəstək verərdi. Sonuncu dəfə onunla Budapeştdə görüş zamanı qucaqlaşdıq. Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin ona təqdim etdiyi mükafatı almağa gəlmişdi. Azərbaycan dəyərli övladını, Türkiyə isə can dostunu, onun təbiriylə desək, bayraq dostunu itirdi. Türk dünyasına, Azərbaycana və ailəsinə başsağlı diləyir, Azad qardaşıma Tanrıdan rəhmət diləyirəm.


Ərdoğan Arıpınar,
Türkiyə Ədalətli Oyunlar Komissiyasının prezidenti,
Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti,
Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin İcraiyyə Komitəsinin üzvü


680 oxunub

InvestAZ