XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



"Şöhrət Zalı"nın üzvləri artıb
İdman 19:57 / 22.12.2025
FİBA 2011-ci ildə Almaniya çempionu olan Dirk Novitskinin adını "Şöhrət Zalı"na daxil edib. 
Olimpiyadunyasi.com xəbər verir ki, onunla yanaşı, Sue Börd (ABŞ), Selin Dumerc (Fransa), Klaris Maçanquana (Mozambik), İsmenia Poçard (Çili), Hedo Türkoğlu (Türkiyə) və Wang Zhizhi (Çin), eləcə də məşqçi Ludvik Mietta Mikołayeviç (Polşa) də bu fəxri titula yiylənib. 
Qeyd edək ki, Novitski "Dallas Maveriks" ilə 2011-ci ildə NBA Çempionatını qazanıb və 14 dəfə "All-Star"da iştirak edib. O, "Maveriks"lə 21 mövsüm keçirib, bununla da tək komandada ən çox mövsüm keçirən liqa rekorduna sahib çıxıb.

5338 oxunub

InvestAZ