XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026



Şahmat millimiz dünya çempionatında daha iki görüş keçirəcək
İdman 13:55 / 19.11.2025

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti görüşlərini keçirəcək.

Yığma III turda ABŞ, IV turda FIDE komandası ilə üz-üzə gələcək.

A qrupunda FIDE kollektivi 4 xalla liderdir. Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ-nin 2 xalı var. Peru isə xalsızdır.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub - 1,5:2.5.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Qeyd edək ki, dünya çempionatı noyabrın 23-də başa çatacaq.


5869 oxunub

InvestAZ