XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026



Yunan-Roma güləşçimiz İslamiadanın finalında 
İdman 13:46 / 19.11.2025
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.
Bu gün daha 5 güləşçimiz mübarizəyə başlayıb. Yunan-Roma güləşçilərimizdən Murad Əhmədiyev (97 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Təmsilçimiz ilk görüşdə Misir, növbəti mərhələdə isə Türkiyə idmançılarına qalib gəlib.
Qeyd edək ki, final yarışlarına Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.

7086 oxunub

InvestAZ