XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026



Federasiya rəsmisi beynəlxalq turnirə təyinat alıb
İdman 13:30 / 19.11.2025

Beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq turnirə təyinat alıb.

Z.Hacıyev 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək. Yarış 20–23 noyabr tarixlərində Latviyanın Daugavpils şəhərində baş tutacaq. Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın milli komandaları mübarizə aparacaq.


5947 oxunub

InvestAZ