XƏBƏR LENTİ
29 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Hidayət Heydərov: “Zəfər Günündə komandamıza ilk qızıl medalı qazandırmaq mənim üçün ikiqat bayramdır” - MÜSAHİBƏ
İdman 23:16 / 08.11.2025

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasına ilk qızıl medalı cüdo üzrə Avropa, dünya və Olimpiya çempionumuz Hidayət Heydərov qazandırdı. Mükafatlandırma mərasimindən sonra idmançımız sevinc təəssüratlarını Olimpnews.az saytı ilə bölüşdü. Hidatət Heydərovla müsahibəni oxucularımıza təqdim edirik.

- Hidayət, Zəfər Günündə qazandığın qələbə bu günü daha da mənalı etdi. Hansı hissləri keçirirsən?

- Zəfər Günündə komandamıza VI İslam Həmrəyliyi Oyunlarının ilk qızıl medalını qazandırmaq mənim üçün ikiqat bayramdır. Çox gözəl hisslər keçirirəm. Hər rəqibə qarşı ciddi hazırlaşmışdım. Baxmayaraq ki, ilk iki görüşdə rəqiblərim nisbətən zəif idmançılar idi, amma mən hər bir görüşə final kimi baxıram.

- Səni evdən ilk kim təbrik etdi?

- Düzünü desəm, hələ telefona baxmağa imkan tapmamışam (gülümsəyir).

- Son vaxtlar əvvəlki formanı bərpa etmisən. Amma Paris Olimpiadasından sonra bir qədər eniş dövrü keçirdin. Bu uğursuzqluqlar finalda sənə mənfi təsir etmədi?

- Xeyr, final görüşlərində adətən çox rahat oluram. Əsas gərginliyi ilk görüşdə keçirirəm. Həmin psixoloji gərginliyi isə Meksikadakı yarışda aradan qaldırdım. Ona görə bu dəfə özümü çox rahat hiss edirdim.

- Sən finallarda nadir hallarda məğlub olursan. Bu uğurlu seriyanı davam etdirmək mümkündürmü?

- Təbii ki, məğlubedilməz idmançı yoxdur. Amma çalışacağam ki, bu seriya sona qədər davam etsin. Finallarda qalib gəlmək xüsusi hissdir və mən o hissi çox sevirəm.

- Səni Azərbaycandan izləyən və dəstəkləyən milyonlarla azarkeşə nə demək istərdin?

- Məni izləyən, mənə inanıb dəstək olan hər kəsə təşəkkür edirəm. Qələbələrimdə onların payı böyükdür. Sağ olun ki, hər zaman yanımdasınız.

Azər Əlizadə


7425 oxunub

InvestAZ