XƏBƏR LENTİ
29 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı
İdman 21:35 / 08.11.2025

Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, komandamızın heyətində dünya, Avropa və Olimpiya çempionumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız finalda özbəkistanlı Şakram Ahadova qalib gəlib. 

Beləliklə, Azərbaycan cüdoçuları İslamiadanın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Daha əvvəl cüdoçularımızdan Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) isə bürünc medal qazanıb. Üçüncü yer uğrunda mübarizə aparan digər cüdoçumuz Fidan Əlizadə (-57 kq) isə məğlub olaraq beşinci yerlə kifayətlənib. 

Qeyd edək ki, final görüşünü Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.


8168 oxunub

InvestAZ