XƏBƏR LENTİ
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025



MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
İdman 13:05 / 12.05.2025
Mayın 12-də Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının növbəti iclası keçirilib.

İclasda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb və komissiyaya yeni üzv seçkisi məsələsinə bağılıb. Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasovanın (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov seçilib.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rasul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcək.

4265 oxunub

InvestAZ