XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



Lerikdə atletika turniri keçirilib
İdman 22:38 / 12.05.2025
Lerikdə "Konstitusiya və Suverenlik İli” çərçivəsində atletika idman növü üzrə turnir keçirilib. Turnir V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada təşkil edilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə rayon ümumtəhsil məktəblərinin 6 komandası mübarizə aparıb.
Turnirdə V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın şagirdi Məhəmməd Muradov turnirin birincisi olub. İkinci yeri Günəşli kənd tam orta məktəbin şagirdi Rəbbil Əliyev tutub. Turnirin ev sahiblərinin daha bir şagirdi - İslam Qasımov isə üçüncü yerə sahib çıxıb.
Qalib idmançılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilib.


16744 oxunub

InvestAZ