Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIV turun oyunlarına start veriləcək.
Turun açılış oyununda "Sabah" komandası doğma meydanda "Şamaxı"nı qəbul edəcək."Bank Respublika Arena"da keçiriləcək oyunun start fitisaat 19:00-da səslənəcək.
Qeyd edək ki, paytaxt təmsilçisi 33 oyundan sonra 41 xalla beşinci, "Şamaxı" isə 36 xalla yeddincidir.
Turun növbəti oyunları mayın 10-11-də keçiriləcək.