Paris-2024 Yay Olimpiya Oyunlarının amerikalı çempionu Meys Rassel Mayamidə (ABŞ) keçirilən "Böyük Dəbilqə" yarışında 100 metr məsafəyə maneələrlə qaçışda yeni uğuru ilə diqqət çəkib.
Olimpiyadunyasi.com xəbər verir ki, o, həmin məsafəni 12,17 saniyəyə qət edərək, ölkə rekordunu yeniləyib. Bununla da Meys Rassel həmyerlisi Tia Consu qabaqlayıb - 12.19.
Bundan başqa tarixdə ilk dəfə iki qadın eyni yarışda 12.20-dən aşağı nəticə ilə yadda qalıb.
Məlumat üçün bildirək ki, atletikanın bu məsafəsində dünya rekordu hələ ki,
nigeriyalı qaçışçı Tobi Amusana məxsusdur - 12.12. "Qara qitə" təmsilçisi bu nailiyyətini 2022-ci ildə keçirilən dünya çempionatında əldə edib.