XƏBƏR LENTİ
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025



Basketbol Liqası: Final seriyasında dördüncü oyun
İdman 08:30 / 08.05.2025
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçiriləcək.
"Sabah” və "Neftçi” komandaları arasında keçiriləcək final mərhələsinin dördüncü oyununa saat 19:00-da Bakı İdman Sarayında start veriləcək.
Hazırda seriyada "Sabah”ın 2:1 hesablı üstünlüyü var. Rimas Kurtinaytesin komandası ilk iki oyunda 94:89, 86:77 hesablı qələbələrlə seriyada 2:0 hesabı ilə önə keçsə də, üçüncü qarşılaşmada "Neftçi” 79:76 hesablı qələbə ilə fərqi minimuma endirib.
Qeyd edək ki, final seriyasının beşinci oyunu mayın 11-nə təsadüf edəcək. Final seriyasında 4 dəfə qalib gələn komanda çempion adına layiq görüləcək.

3398 oxunub

InvestAZ