XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Həmyeriləri Ançelottini işsiz qoymayacaqlar
İdman 18:11 / 23.04.2025

İtaliyanın "Roma" və "Milan" təmsilçiləri Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti ilə əlaqə saxlayıblar. "La Gazzetta dello Sport"un məlumatına görə, mütəxəssis Kral klubundan qovulacağı təqdirdə bu klublardan biri ilə razılaşma əldə edə bilər. 65 yaşlı Karlo Ançelottinin Braziliya millisi ilə bağlı danışıqları da qüvvədə qalır.

Xatırladaq ki, Ançelotti əvvəllər "Recina”, "Parma”, "Yuventus”, "Milan” və "Napoli”də işləyib.

Qeyd edək ki, bu mövsüm "Real" artıq İspaniya Superkubokunu uduzub, Çempionlar Liqasından kənarlaşdırılıb. La Liqada "Barselona"dan 7 xal geri qalan komanda şənbə günü keçiriləcək İspaniya Kubokunun finalında uduzacağı təqdirdə italiyalı baş məşqçi barədə yekun qərar veriləcək.


1362 oxunub

InvestAZ