XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Kasilyasın yeni görünüşü sosial mediada gündəm oldu
İdman 16:06 / 22.04.2025

İspaniya millisinin və Madrid "Real"ının keçmiş qapıçısı İker Kasilyas doğum günü münasibətilə paylaşdığı yeni fotosu ilə sosial şəbəkələrdə maraq doğurub. 43 yaşlı futbol əfsanəsi saçlarını tamamilə qırxdırdığı görünüşü ilə izləyicilərini təəccübləndirib. Kasilyasın bu imici sosial mediada geniş müzakirələrə səbəb olub.

1996-cı ildə "Real Madrid"in aşağı yaş qruplarında futbola başlayan Kasilyas 1999-cu ildə əsas komandaya yüksəlib və 2015-ci ilə qədər bu klubda çıxış edib. 2020-ci ildə Portuqaliyanın "Porto" klubunda karyerasını başa vuran təcrübəli qapıçı, "Real Madrid" ilə bir çox uğurlara imza atıb. O, İspaniya milli komandası ilə 2010-cu ildə Dünya Kubokunu, 2008 və 2012-ci illərdə isə Avropa çempionluqlarını qazanıb.
1086 oxunub

InvestAZ