XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Çimərlik voleybolu millilərimiz Antalyada təlim-məşq toplanışına yollanıb
İdman 13:15 / 21.04.2025

Qadın və kişi çimərlik voleybolçularından ibarət Azərbaycan milli komandaları beynəlxalq təcrübə qazanmaq və hazırlıq səviyyəsini artırmaq məqsədilə Türkiyəyə yola düşüblər.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, millilər bu gündən etibarən Antalyada təlim-məşq toplanışına başlayacaqlar. Toplanış aprelin 21-dən 28-dək davam edəcək.

Hazırlıq prosesinin bir hissəsi kimi, yığma komandalar Antalyada keçiriləcək "Boardee Cup” beynəlxalq turnirində də iştirak edəcəklər. Turnir idmançılar üçün həm yarış təcrübəsi baxımından, həm də taktiki-texniki hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.



11983 oxunub

InvestAZ