XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Azərbaycanlı idmançılar Dünya Kubokunun final mərhələsində mübarizə aparıblar
İdman 11:12 / 14.04.2025
Aprelin 10-13-də İsveçin Tromso qəsəbəsində keçirilən xizək alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər. 
Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmiz yarışda Nəzrin Qəribova və Seyid Sədrəddinov ilə təmsil olunub. 
Yarışın nəticələrinə əsasən, Nəzrin Qəribova sprint növü üzrə 19 ölkədən olan 42 idmançı arasında 29-cu yeri tutub. Seyid Sədrəddinov isə 62 iştirakçı arasında 51-ci pillədə qərarlaşıb.

18914 oxunub

InvestAZ