XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Modriç yerindən məmnundur
İdman 12:54 / 18.03.2025
Madrid "Real"ının yarımmüdafiəçi Luka Modriç klubu tərk etmək istəmir. Bu barədə nüfuzlu insayder Fabrizio Romano məlumat verib. Mənbənin sözlərinə görə, 39 yaşlı xorvatiyalı "ağ-qaralar”la müqaviləsini daha bir mövsüm, 2026-cı ilin iyununa qədər uzatmaq istəyir. Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 44 matçda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi bu yay başa çatır.

13614 oxunub

InvestAZ