XƏBƏR LENTİ
31 Yanvar 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



"Böyük Dəbilqə": dörd cüdoçumuz medalın bir addımlığında
İdman 16:22 / 15.02.2025
Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. İkinci yarış günündə kişilər arasında -73 kq və -81 kq çəki dərəcələrində dörd cüdoçumuz həlledici görüşlərə çıxacaq.
-73 kq çəkidə Rəşid Məmmədəliyev dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşihara ilə finalda üz-üzə gələcək. Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə mübarizə aparacaq.
-81 kq çəkidə Zelim Tçkayev qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq. 
Final qarşılaşmalarına saat 17:00-da start veriləcək.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır.
 

14514 oxunub

InvestAZ