XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Yeni modelin nümayiş tarixi müəyyənləşib
İdman 10:15 / 10.01.2025

"Williams” 2025-ci il üçün nəzərdə tutduğu bolidin təqdimat tarixini açıqlayıb. Komandanın mətbuat xidmətindən verilən məlumata görə, yeni model fevralın 14-də Silverstoun trekində nümayiş etdiriləcək. "2025-ci ildə bizi çox şey gözləyir. Aleks Albon və Karlos Saynz kimi bacarıqlı pilotlarımız var. Heyətimizdə ən yaxşı mühəndislər yer alıb. Artıq uzun müddətdir ki, yeni avtomobil üzərində işləyirik. Sizinlə birlikdə fevralın 14-də Silverstounda bu gözəlliyi görəcəyik. Çalışırıq ki, əvvəllki qüdrətimizi yenidən qaytaraq. Buna nail olacağıq”, - deyə Britaniya komandasının rəhbəri Ceyms Voulz bildirib.


15662 oxunub

InvestAZ