XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



Yüksək Liqada VI turun oyunları keçirilib
İdman 00:20 / 08.12.2024

Futzal üzrə Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.

Günün ilk matçında "Araz-Naxçıvan" "Baku Fire" ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

İkinci görüşdə "Neftçi" İK "Şuşa"nın qapısından dörd cavabsız top keçirib.

Sonuncu oyunda isə U-19 "Yasamal Bakı"ya şans verməyib - 6:3.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Baku Fire" komandasının liderliyi davam edir. "Neftçi" İK 15 xalla ikinci, "Araz-Naxçıvan" 10 xalla üçüncü sıradadır. Dördüncü yerdəki "Şuşa"nın və beşinci pillədəki U-19-un 6 xalı var. Bütün görüşlərdə uduzan "Yasamal Bakı" sonuncudur.


17822 oxunub

InvestAZ