XƏBƏR LENTİ
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Yığma komandanın 5 üzvündə koronavirus aşkarlanıb
İdman 12:36 / 25.07.2024

Paris-2024 Yay Olimpiya Oyunları başlamazdan əvvəl Avstraliyanın qadın su polosu komandasının beş üzvündə koronavirus aşkarlanıb.

"Olimpiyadunyasi.com" "RMS Sport"a istinadən xəbər verir ki, komandanın digər üzvlərinin, eləcə də kişilərdən ibarət yığmanın infeksiyaya yoluxmaması üçün tədbirlər görülüb.

"Koronavirusu qrip kimi digər viruslarla eyni şəkildə müalicə edirik. Biz Tokioda deyilik. Komandamızın üzvləri arasında ciddi hal baş verməyib. Onlar məşqlərə davam edirlər. Parisə təcrübəli hakim personalı ilə gəlmişik. Onlar öz işinin öhdəsindən gələcəklər. Narahatlıq üçün heç bir əsas görmürük", - deyə Avstraliya nümayəndə heyətinin rəhbəri Anna Mears bildirib. 

Məlumat üçün bildirək ki, Avstraliyanın qadınlardan ibarət yığmasının ilk oyunu iyulun 31-də Niderlanda qarşı olacaq. 


18703 oxunub

InvestAZ