XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ABŞ idmançısı qadağan olunmuş fəndlə tarixə düşdü
İdman 11:43 / 11.02.2026

İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.

Olimpiyadunyasi.com xəbər verir ki, təxminən 50 ildən sonra əfsanəvi element fiqurlu konkisürmə yarışlarına rəsmən qayıdıb.

ABŞ təmsilçisi İlya Malinin İtaliyanın Milan şəhərində keçirilən XXV Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışlarında ilk qanuni arxa aşma hərəkətini yerinə yetirərək tarixə düşüb. Bununla o, Oyunların qızıl medalını qazanıb.

Bu tarixi çıxışla İ.Malinin, 1998-ci il Naqano Qış Olimpiadasında fransalı Surya Bonalidən sonra bu çətin elementi yerinə yetirən ilk idmançı olub. Bonali həmin vaxt bu hərəkəti tək ayaqla tamamlasa da, element o dövrdə qadağan olunduğu üçün idmançı hakim heyəti tərəfindən cərimələnmişdi.

Qeyd edək ki, bu təhlükəli fənd 1976-cı ildən bəri rəsmi olaraq qadağan edilmişdi. 


4756 oxunub

InvestAZ