XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



MİLLİ OLİMPİYA KOMİTƏSİNİN HAQLI ETİRAZI İLƏ BAĞLI TƏDBİR GÖRÜLÜB
İdman 18:09 / 09.02.2026

Azərbaycan Milli Olimpiya Komitəsinin erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda "Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


4414 oxunub

InvestAZ