XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Amerikalılar yarım əsrdən sonra fərqlənə bildilər
İdman 19:16 / 11.02.2026

ABŞ millisinin heyətində Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına gələn 25 yaşlı amerikalı xizəkçi Ben Oqden klassik sprint yarışında gümüş medal qazanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, bu nailiyyətlə o, 50 illik nəticəni yeniləyib. Oqden yalnız yeddiqat Olimpiya çempionu norveçli Yohannes Kleboya uduzaraq ikinci yeri tutub.
Məlumat üçün bildirək ki, amerikalı kişi xizəkçiləri düz 50 ildir ki, Olimpiya medalı qazana bilmirdilər. Sonuncu dəfə bu uğuru 1976-cı ildə Monreal Olimpiadasında Bill Kox əldə etmişdi. O, 30 km məsafədə gümüş medala layiq görülmüşdü.


4028 oxunub

InvestAZ