XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Zelim Kotsoyev: “Çalışacağam ki, Paris-2024-də də ölkəmizi uğurla təmsil edərək, fəxri kürsüdə yer alım”
İdman 12:01 / 24.05.2024

"Ötən il Avropa çempionatının qalibi adını qazanmışdım. Bu dəfə isə dünya çempionu tituluna sahib çıxdım”.

Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında -100 kq çəki dərəcəsində qızıl medal qazanan Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanın bayrağını dalğalandırılmasına və himnimizin səsləndirilməsinə nail olduğuna görə çox sevindiyini bildirib.

"Bu hissləri heç bir sözlə ifadə edə bilmirəm. Həqiqətən də inanılmaz hisslərdir. Hər zaman dünya çempionu olmaq arzusu ilə yaşamışam. Buna qədər iki dəfə bu yarışlarda ardıcıl olaraq bürünc medal qazanmışdım. Bu dəfə isə qızıl medal qazanmağa nail oldum. Şəxsi məşqçim Elxan Məmmədov 11 il əvvəl bu titula sahib çıxmışdı. O, həmişə mənə deyirdi ki, "sən də bunu bacara bilərsən, məşqlərə ciddi yanaş, rejimə əməl et”. Hidayət Heydərov çempion olandan sonra otağıma gəldi və qızıl medalını göstərərək "Zelim, görürsən, bu, realdır, sən də bunu bacara bilərsən", - dedi. O, mənə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın instaqramdakı təbrik paylaşımını da göstərdi. Bu təbrik, onu şoka salmışdı.tün bunlar mənə xüsusi motivasiya verdi. Məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkür edirəm. Onların dəstəyi sayəsində bu nəticəni əldə etdim. Çalışacağam ki, Paris-2024-də də ölkəmizi uğurla təmsil edərək, fəxri kürsüdə yer alım ", - deyə Zelim Kotsoyev qeyd edib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Abu-Dabidə keçirilən dünya çempionatını iki qızıl medalla başa vurublar. Komandamıza medalları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb. Komandamız bu nəticə ilə kişilərin mübarizəsində üçüncü, ümumi komanda hesabında isə dördüncü yeri tutub. Bu, Azərbaycan komandasının cüdo üzrə dünya çempionatları tarixində qazandığı ən yaxşı nəticədir.


2490 oxunub

InvestAZ