XƏBƏR LENTİ
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Karlo Ancelotti: “Əgər sabah qalib gəlsək...”
İdman 17:20 / 20.04.2024

"Bütün heyət olaraq sabahkı görüşə hazırıq. Kimin oynayıb oynamayacağına sabah qərar verəcəyik”.

Bu sözləri İspaniyanın "Real” klubun baş məşqçisi Karlo Ancelotti "El Klasiko”dan öncə keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi sabah təşkil olunacaq oyunda qalib gələcəkləri halda çempionluq yolunda daha bir addım atacaqlarını deyib: "Sabah "Barselona" ilə qarşılaşacağıq. "El Klasiko”lar hər zaman çox böyük oyun olub. Əgər sabah qalib gəlsək La Liqa çempionu olmağa daha da yaxınlaşmış olacağıq.

Sabahkı oyunda Eder Militao da start heyətində ola bilər. Oynamaq üçün dəqiqələrə ehtiyacı var”.

Təcrübəli mütəxəssis konfransda "Mançester Siti" ilə oyundan sonra edilən tənqidlərdən də danışıb:

"Biz düzgün olanı etdik. Hər kəs öz fikrini bildirməkdə sərbəstdir. O görüşlə bağlı məyus olan azarkeş görməmişəm. "Mançester Siti" ilə görüş bizim üçün çox çətin keçdi. Lakin 2022-ci ildə "Çelsi"yə qarşı oynadığımız qədər təhlükəli deyildi. O gecə az qalsın turnirdən kənarda qalacaqdıq”.

O, Çempionlar Liqasının 1/4 final oyunu zamanı Rüdigerin penalti zərbəsinə də münasibətini bildirib: "Bazar ertəsi günü penaltilər üzərində məşq etmişdik və Rüdigerin 3 penaltini də dəqiq yerinə yetirdiyini gördüm”.


19072 oxunub

InvestAZ