XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda peşəkar döyüş növləri üzrə beynəlxalq reytinq yarışları keçirilib - FOTO
İdman 22:15 / 15.04.2024

Bakıda "Eagle Fight Series” Beynəlxalq Peşəkar Döyüş Təşkilatının tərkibində Peşəkar Kunq-Fu Liqası və Azərbaycan WK-1 nümayəndəliyinin birgə layihəsi olan reytinq yarışları keçirilib. Yarış çərçivəsində həm WK-1, həm də peşəkar kunq-fu üzrə döyüşlər təşkil olunub.

Gərgin mübarizə şəraitində keçən yarışda peşəkar sanda idman növü üzrə Hüseyn Bayramlı (56 kq, "Şəhid Musa” İK), Sahil Əsgərov (60 kq, "CFC” İK), Sənan Rəcəbov (70 kq, "Shabanov” Fight Klub) və Sərxan Ramazanov (75 kq, "Shabanov” Fight Klub) qalib olub.
Seçmə döyüşlərdə isə Ayxan Məmmədov (52 kq, "Qaraçöp” İK), Toğrul Mikayılov (60 kq, "Şəhid Musa” İK) və Tural Hüseynov (85 kq, "CFC” İK) çempion tituluna yiyələniblər.
WK-1 idman növü üzrə seçmə döyüşlərdə isə Nihad Yusifli 54 kq çəki dərəcəsində çempion olub.
Reytinq döyüşlərində "Golden Eagle” PİK-in təmsilçisi Mədət İbrahimov Türkiyə idmançısı üzərində vaxtından əvvəl, elə ilk raundda nokautla qələbə qazanaraq EFS reytinqində ən yüksək pilləyə qalxıb. Yarışın qalibləri EFS reytinq sıralarında yer alaraq növbəti yarışlara vəsiqə əldə ediblər.

İdmançılarımızı qarşıda daha ciddi sınaq gözləyir. Belə ki, may ayının sonlarında Azərbaycan və Qazaxıstan idmançıları arasında peşəkar reytinq döyüşləri keçiriləcək. "Eagle Fight Series” Beynəlxalq Peşəkar Döyüş Təşkilatının rəhbəri, ölkəmizdə və xaricdə dəfələrlə peşəkar yarışlar təşkil etmiş Yaqub İbrahimov bildirib ki, may ayının 5-də ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Azərbaycan idmançıları dünya idmançılarına qarşı” layihəsinin həyata keçirilməsi planlaşdırılıb. Yarışda 7 azərbaycanlı idmançının müxtəlif ölkələrdən olan digər 7 idmançı ilə qarşılaşacağı nəzərdə tutulub.

Yaqub İbrahimov həmçinin yarışın təşkilinə verdikləri dəstəyə görə "Nice Group” şirkətinin, "AnArt” reklam və poliqrafiya şirkətinin, "AquaVita” şirkətinin, "STI-Travel” şirkətinin, "Metropark” Ticarət ve əyləncə mərkəzinin, "Grand Neon” restoranının rəhbərliklərinə, həmçinin informasiya dəstəyinə görə "İdman Azərbaycan” TV kanalının, CBC Sport TV kanalının, "Azərbaycan İnformasiya Agentliyi” saytının və "Olimpiya dünyası” qəzetinin rəhbərliyinə minnətdarlığını bildirib.


5047 oxunub

InvestAZ