XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sinner doqquzuncu oldu
İdman 17:47 / 17.11.2025
Tennis üzrə italiyalı dördqat Böyük Dəbilqə çempionu Yannik Sinner tarixdə ardıcıl iki dəfə ATP Final titulunu qazanan doqquzuncu şəxs olub.
Nüfuzlu yarışın final matçında reytinqin birincisi olan ispaniyalı Karlos Alkarazı 7-6 (7-4), 7-5 hesabları ilə məğlub edib. Bununla da Sinner rumıniyalı İli Nastase, isveçli Björn Borq, amerikalı İvan Lendl, Con MakEnro, Pit Sampras, avstraliyalı Leyton Hyuit, isveçrəli Roje Federer və serbiyalı Novak Cokoviçin nailiyyətini təkrarlayıb.
Xatırladaq ki, dünya reytinqinin ikincisi olan italiyalı tennisçi doğma vətənində keçirilən yarışda karyerasının 24-cü və mövsümün isə altıncı kubokuna yiyələnib. Buna qədər o, Paris, Pekin, Vyana, Uimbldon və Avstraliya Açıq turnirlərində qalib gəlib.


8388 oxunub

InvestAZ