İslamiada: Karateçimiz İrina Zaretska qızıl medal qazanıb
İdman 20:59 / 12.11.2025
Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir medal qazanıb.
68 kq çəki dərəcəsində final görüşünə çıxan karateçimiz Türkiyə təmsilçisi Eda Eltemuru məğlub edərək VI İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
Bununla da karateçilərimiz VI İslam Həmrəyliyi Oyunlarını 1 qızıl və 2 bürünc medalla başa vurublar.
227 oxunub