XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zaqreb Qran-prisi 3 medalla yadda qaldı
İdman 10:36 / 17.11.2025
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.
48 ölkədən 370 (210 kişi, 160 qadın) cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Yarışda 15 (12 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunan komandamız turniri 1 qızıl, 2 bürünc medalla başa vurub. Qızıl medalı ölkəmizə +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov qazandırıb. Cüdoçumuz finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib. Bürünc medallara isə Hüseyn Allahyarov (-60 kq) və Vüqar Talıbov (- 90 kq) sahib çıxıb.
Turniri 3 medalla başa vuran Azərbaycan millisi 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.

8259 oxunub

InvestAZ