SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

“Zirvəyə doğru – Qazax 2026”

“Zirvəyə doğru – Qazax 2026”

İdman

Bugün, 11:27

Mayın 27-29-da Qazaxın 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi münasibətilə Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qazax rayonunda xüsusi düşərgə və yürüş proqramı təşkil olunacaq. 

Olimpiyadunyasi.com xəbər verir ki, üç gün davam edəcək tədbir iştirakçılara həm macəra, həm idman, həm də təbiətlə vəhdət hissini yaşadacaq. Proqram çərçivəsində iştirakçılar Qazaxın füsunkar təbiəti, tarixi məkanları və dağ marşrutları ilə tanış olacaq, qayalarda dırmanma və yürüş fəaliyyətlərində iştirak edəcəklər. Düşərgə Qazax rayonunun Qarasu gölü ərazisində qurulacaq. İlk gün iştirakçılar üçün qayalarda dırmanma məşqləri və açıq hava fəaliyyətləri təşkil olunacaq. Növbəti gün Damcılı bulaqdan başlayaraq Avey məbədi, Qızılqaya dağı, mağaralar və Göyəzən dağı istiqamətində yürüş həyata keçiriləcək. Marşrut boyunca iştirakçılar üçün foto dayanacaqları, istirahət və təbiət müşahidələri nəzərdə tutulur. Tədbirin əsas hissələrindən biri isə Göyəzən dağına yürüş və zirvə görüntüləri olacaq.

Bu tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin, dağçılıq və ekoturizm mədəniyyətinin təbliği, həmçinin regionların idman potensialının tanıdılmasıdır.

Dİgər xəbərlər