XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Bakı şəhər çempionatında ən güclü sərbəst güləşçilər müəyyənləşdi
İdman 11:23 / 19.11.2021
Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilir. Yarışın birinci günündə sərbəst güləş üzrə 73 idmançı 10 çəki dərəcəsində xalça üzərinə çıxıb. Yekun nəticələrə görə, İzzət Cəfərov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Rəşid Babazadə (65 kq), İsbər Əkbərli (70 kq), Mürşüd Hüseynov (74 kq), Fuad Yunusov (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Nəsib İsayev (92), Zəfər Əliyev (97 kq), Cavid Sadıqov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar. Klassiklərimiz 10 çəki dərəcəsi üzrə yarışacaqlar.


4839 oxunub

InvestAZ