XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



“Böyük dəbilqə” turnirində komandamız ilk medalını qazanıb
İdman 09:08 / 24.10.2020

Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük dəbilqə” turnirinin birinci günündə komandamız bürünc medal qazanıb.
Kişilər arasında 66 kiloqram çəkidə mübarizə Orxan Səfərov əvvəlcə niderlandlı İvo Verhorstert, daha sonra gürcüstanlı Baqrati Naniaşvili və monqolustanlı Erhembayar Battoqtoha qalib gəlsə də, yarımfinalda rusiyalı Yakob Şamilova uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə özbəkistanlı Sardor Nurillayevi məğlub edərək komandamıza ilk medalı qazandırıb. O, həmçinin "Tokio-2020”yə reytinq xalları əldə edib.
Bu çəkidə digər təmsilçimiz Nicat Şıxəlizadə ilk görüşdə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibinə uduzub.
Kişilər arasında digər çəkidə, 60 kiloqramda daha iki cüdoçumuz mübarizə aparıb. Bu çəkinin nümayəndələrindən Davud Məmmədsoy ilk görüşdə hindistanlı Vijay Kumar Yadava qalib gəlsə də, sonrakı qarşılaşmada qazaxıstanlı Qusman Kirqizbayevə məğlub olub. Kəramət Hüseynov isə ilk qarşılaşmada fransalı Luka Mxeidzeyə uduzub.
Qadınlar arasında keçirilən yarışlarda hər üç təmsilçimiz mübarizəyə qoşulub. Cüdoçularımızdan Leyla Əliyeva (48 kq) yerli idmançı Luka Mamiranı məğlub etsə də, ispaniyalı Lura Martinesin (Macarıstan) öhdəsindən gələ bilməyib. Bu çəkidə digər qadın cüdoçumuz Aişə Qurbanlı ilk qarşılaşmada Şirin Boukliyə (Fransa) məğlub olub.
Qadın cüdoçularımızdan Gültac Məmmədəliyeva (52 kq) əvvəlcə Qal-Od Tserentoqxoda (Monqolustan), ikinci döyüşdə israilli Qefen Primoyaya qalib gəlsə də, dörddəbir finalda Fabyen Koçerə məğlub olub. Təsəlliverici döyüşdə ukraynalı Darya Belodedə məğlub olan cüdoçumuz 7-ci yerlə kifayətlənib. G.Məmmədəliyeva bu nəticə ilə Tokio Olimpiadasına reytinq xalları qazanıb.
Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun mübarizə apardığı turnirə Azərbaycandan 17 idmançı qatılıb.
Turnir oktyabrın 25-dək davam edəcək.


1599 oxunub

InvestAZ