XƏBƏR LENTİ
20 Oktyabr 2020
15 Oktyabr 2020
13 Oktyabr 2020
09 Oktyabr 2020
08 Oktyabr 2020
06 Oktyabr 2020
01 Oktyabr 2020
30 Sentyabr 2020



Bu gün “Neftçi” klubu “Qalatasaray”la qarşılaşacaq
İdman 12:28 / 17.09.2020
Bu gün paytaxtın "Neftçi” futbol klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində İstanbulun "Qalatasaray” komandası ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq. Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kevin Klensi olacaq. Ona həmyerliləri Devid Makqişi və Qrem Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirəcək.
Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçiriləcək.
Bu qarşılaşmanın qalibi növbəti mərhələdə "Renova” (Şimali Makedoniya) - "Hayduk” (Xorvatiya) görüşündə üstün olan tərəflə üz-üzə gələcək. "Neftçi” I təsnifat mərhələsində Makedoniyanın "Şkupi” komandasını mübarizədən kənarlaşdırıb. "Qalatasaray” isə seçmə mərhələyə II təsnifat mərhələsindən qoşulub.
Xatırladaq ki, "Neftçi” ilk dəfə Türkiyə klubu ilə qarşılaşacaq. Bu sözləri İstanbul təmsilçisinə də aid etmək olar. Ümumiyyətlə, qardaş ölkələrimizin komandaları avrokuboklarda indiyədək dörd dəfə üz-üzə gəliblər. Belə ki, UEFA kuboku yarışlarının 1994-1995-ci il mövsümündə Tovuzun "Turan” klubu İstanbulun "Fənərbağça” komandası ilə qarşılaşıb. "Fənərbağça” hər iki oyunda qələbə qazanıb - 5:0 və 2:0. Digər qarşılaşma da UEFA kuboku yarışlarına təsadüf edib. Turnirin 2000-2001-ci il mövsümündə "Antalyaspor” komandası Gəncənin "Kəpəz” klubunu 5:0 və 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Beləliklə, indiyədək keçirilmiş dörd oyunda Türkiyə klubları 14 qol vurub, qapılarını isə toxunulmaz saxlamağı bacarıblar.
"Neftçi” indiyədək "Qalatasaray” ilə iki dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. 1960-cı ildə Bakıda keçirilən birinci görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.

1015 oxunub

InvestAZ