XƏBƏR LENTİ
08 May 2024
07 May 2024
06 May 2024



“Çelsi” iki oyundur qələbə qazana bilmir
İdman 11:11 / 19.08.2019

Avqustun 18-də futbol üzrə İngiltərə Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.
Çempionluğa iddialı "Çelsi” öz meydanında "Lester Siti”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Çelsi”in heyətində Mason Mount (7), "Lester Siti” isə Vilfred Ndidi (67) fərqlənib.
Xatırladaq ki, londonlular birinci turda "Mançester Yunayted” klubuna böyük hesabla məğlub olublar (4:0).
Növbəti turda Frenk Lempardın yetirmələri səfərdə "Norviç” klubu ilə üz-üzə gələcək. Görüş avqustun 24-də keçiriləcək.

18791 oxunub

InvestAZ