XƏBƏR LENTİ
23 Dekabr 2025
22 Dekabr 2025
20 Dekabr 2025
19 Dekabr 2025
18 Dekabr 2025
17 Dekabr 2025



Taekvondo yığmamız yeni ilin ilk təlim-məşq toplanışına start veriblər
İdman 08:42 / 15.01.2025
Taekvondo üzrə böyüklərdən ibarət milli komanda üzvlərinin iştirakı ilə paytaxtda yeni ilin ilk təlim-məşq toplanışına start verilib.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. 12 günlük fiziki hazırlıq prosesinin yekununda milli komandanın beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.

13197 oxunub

InvestAZ