XƏBƏR LENTİ
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Nazir beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançılarla görüş olub 
İdman 10:19 / 04.06.2024

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyin mətbuat xidmətindənverilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca "Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Aerobika gimnastikası, bədii gimnastika, boks, cüdo, akademik avarçəkmə, kayak, kanoe, karate, şotokan karate-do, kikboksinq, bodibildinq, MMA, sambo, savat, taekvondo, uşu, kunq-fu, üzgüçülük, parataekvondo, paraatletika, paracüdo idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.


19242 oxunub

InvestAZ