XƏBƏR LENTİ
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
10 İyun 2025



Paraatletika yığması dünya çempionatında tarixi uğura imza atıb
İdman 01:40 / 27.05.2024

Paraatletika üzrə Azərbaycan milli komandası Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında tarixi uğura imza atıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yarışı ümumilikdə 4 qızıl mükafatla başa vuran yığmamız ilk dəfə çempionatda medal əyarına görə belə nəticə göstərib.

Bunadək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş dünya çempionatında (3 qızıl, 1 gümüş və 2 bürünc medal) qeydə alınıb.

Qeyd edək ki, Yaponiyadakı yarışda Lamiyə Vəliyeva (T13) 100 metr və 400 metr məsafəyə qaçışda, Orxan Aslanov (T13) və Səid Nəcəfzadə (T12) isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar.



12078 oxunub

InvestAZ