XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Tela Baçer: “Həqiqətən də Azərbaycanda güləş mədəniyyəti çox yüksəkdir”
İdman 19:33 / 23.05.2024

"İstər paytaxt Bakıda, istərsə də səfərdə olduğumuz bölgələrdə idmanın inkişafı üçün böyük imkanlar yaradılıb”.

Bu sözləri "Wrestle Like a Girl" təşkilatının idarə heyətinin üzvü Tela Baçer Milli Olimpiya Komitəsində təşkil edilən mətbuat konfransında deyib. O, Azərbaycanda idman sahəsinə göstərilən diqqət və qayğının canlı şahidi olduğunu deyib. "İdmana olan diqqət və qayğının nəticəsidir ki, idmançılarınız Olimpiya oyunlarında uğurlu çıxış edirlər. ABŞ-da da idmanın müxtəlif növləri böyük populyarlıq qazanıb. Lakin bizim təmsil etdiyimiz qurum çalışır ki, idmanın güləş növündə daha böyük nailiyyətlər əldə olunsun. Biz daha çox qızların güləşlə məşğul olmasında maraqlıyıq. Sevindirici haldır ki, Paris Olimpiadasında ABŞ-ı təmsil edəcək idmançılar arasında qadın güləşçilərimizin də adı var. Fürsətdən istifadə edib, hər iki ölkənin idmançılarına qarşıdakı olimpiadada uğurlar diləyirəm", - deyə Tela Baçer vurğulayıb.

O çıxışında həmçinin ölkəmizə gələn nümayəndə heyətinin 14 nəfərdən ibarət olduğunu bildirib: "Azərbaycana və ABŞ-ın ölkənizdəki səfirliyinə minnətdarlığımı bildirirəm. ABŞ-ın 4 ştatından burada məşqçilər, güləşçilər və atletlər var. Hazırda Azərbaycanda da öz proqramımızı həyata keçiririk. Məqsəd qadın güləşinin səviyyəsini yüksəltməkdir. Bu, həmçinin iki dövlət arasında münasibətlərin də inkişafına töhfə olacaq. Həqiqətən də Azərbaycanda güləş mədəniyyəti çox yüksəkdir".

Qeyd edək ki, ABŞ səfirliyinin təşəbbüsüylə bu ölkədən qadın güləşi üzrə 14 mütəxəssis mayın 14-dən ölkəmizdə səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar "Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olub, idmançılara ustad dərsləri keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparıblar.


2149 oxunub

InvestAZ