XƏBƏR LENTİ
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Azərbaycan və Albaniya arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub
İdman 20:20 / 20.04.2024

Aprelin 20-də gənclər və idman naziri Fərid Qayıbov Albaniyanın təhsil və idman nazirinin müavini Endrit Hoxhanı qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir ona ölkəmizin idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva, Albaniyanın idman və təhsil nazirliyinin baş katibi Erzen Tola da iştirak ediblər.



19698 oxunub

InvestAZ