XƏBƏR LENTİ
09 May 2024
08 May 2024
07 May 2024
06 May 2024



Bədii gimnastlarımız Estoniyada fərqləndilər
İdman 14:11 / 08.04.2024

Azərbaycanın bədii gimnastları Estoniyada keçirilən "Tallinn Open” beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, böyüklər üzrə qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla çıxışlarında iki qızıl medal qazanıblar.

Fərdi çıxışda millinin üzvləri İlahə Bahadirova qızıl (top), Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova isə gümüş (lent) medala layiq görülüblər.


1890 oxunub

InvestAZ