XƏBƏR LENTİ
09 May 2024
08 May 2024
07 May 2024
06 May 2024



ll minifutbol turnirində ikinci turun oyunları keçirilib - FOTO
İdman 00:04 / 08.04.2024

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində ikinci turun oyunları keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü illər təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır. Aprelin 6-da ikinci tur çərçivəsində "Mərdəkan" və "Şüvəlan" komandaları üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə "Mərdəkan" komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Növbəti görüşdə "Buzovna" "Binə" komandasına 0:1 hesabı ilə məğlub olub. "Əhmədli" və "Keşlə" komandaları arasında keçirilən qarşılaşma "Əhmədli" komandasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Günəşli" və "Qaraçuxur" komandaları arasında keçirilən oyunda qalib müəyyənləşməyib 1:1.

İkinci turun növbəti oyunları aprelin 7-də keçirilib. "Ramana" və "Zabrat" arasında baş tutan qarşılaşmada hesab açılmayıb - 0:0. "Sabunçu" və "Balaxanı" komandalarının mübarizəsi isə "Sabunçu" komandasının 2:0 hesablı qələbəsi qeydə alınıb. "Görədil" "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə, "Məmmədli" komandası isə "Mehdiabad"a 1:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.


2016 oxunub

InvestAZ