XƏBƏR LENTİ
09 May 2024
08 May 2024
07 May 2024
06 May 2024



Georgi Meşvildişvili: "Əsas məqsədim Parisdə çempion olmaqla növbəti hədəfimə nail olmaqdır"
İdman 21:22 / 07.04.2024

"Qələbə üçün bütün gücümlə mübarizə apardım. Əldə etdiyim bu uğura görə, məşqçilər heyətinə minnətdarlığımı bildirirəm”.

Bu sözləri Bakıda təşkil olunan Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris Olimpiadasına lisenziya qazanan sərbəst güləşçimiz Georgi Meşvildişvili jurnalistlərə açıqlamasında deyib.

125 kq çəki dərəcəsində iştirak edən pəhləvanımız bu uğurun azarkeşlərsiz mümkün olmadığını bildirib: "Federasiyanın, komandanın və məşqçilər korpusun qarşısında məsuliyyətim var idi. Federasiya bizim üçün hər cür şəraiti yaratmışdı. Sevinirəm ki, mənə olan etimadı doğrultdum. İndi əsas məqsədim Parisdə çempion olmaqla növbəti hədəfimə nail olmaqdır. Bunun üçün olimpiadaya daha yüksək səviyyədə hazırlaşmaq lazımdır. Çünki bütün idmançıların əsas arzusu Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır”.

Qeyd edək ki, Georgi Meşvildişvili 1/4 finalda bolqarıstanlı Alen Xubulova, yarımfinalda isə italiyalı Abraham Konyedoya qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


2070 oxunub

InvestAZ