XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



"Qarabağ" Qəbələ səfərindən böyükhesablı qələbə ilə qayıdır
İdman 21:55 / 28.02.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçirilib.

Tur çərçivəsində "Qəbələ” doğma meydanda lider "Qarabağ”ı qəbul edib. Oyun Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 47-ci dəqiqədə Adama Diakabi açıb. Hesabda geri düşən "qırmızı-qaralar” 52-ci dəqiqədə azlıqda qalıblar. Feras Abu Akal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 59-cu dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Cəmi 6 dəqiqə sonra Nəriman Axundzadə 3-cü topu meydan sahiblərinin qapısından keçirib. Son nöqtəni isə 80-ci dəqiqədə Marko Yankoviç qoyub.

Bu qələbədən sonra xallarını 57-yə çatdıran "Qarabağ” zirvədəki yerini möhkəmlədib. "Qəbələ” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.



20328 oxunub

InvestAZ