XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Avropa çempionatı zəka sahiblərimizin rekord nəticəsi ilə yadda qaldı
İdman 13:23 / 15.09.2023

Rumıniyanın Mamaya şəhərində keçirilən şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub. Azərbaycanlı zəka sahibləri mötəbər yarışda böyük uğur qazanıblar. Təmsilçilərimizdən Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq öz yaş kateqoriyalarında qızıl medal əldə ediblər. Azərbaycan şahmatçıları ilk dəfə yeniyetmələrin qitə çempionatında 4 qızıl medal qazanmaqla rekord nəticəyə imza atıblar.

18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medala sahib çıxıblar.

12 yaşlı qızların mübarizəsində isə Səadət Bəşirli çempionatın bürünc medalına yiyələnib.

Beləliklə, Azərbaycan şahmatçıları qitə çempionatını 4-ü qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla, ümumilikdə 7 medalla başa vurublar. Zəka sahiblərimiz bu nəticə ilə komanda hesabında birinci yeri tutublar.

Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.


23190 oxunub

InvestAZ