SON XƏBƏRLƏR
-
14.09.2026, 16:11
İdmanBoksçularımız Avropa çempionatında iştirak edəcəklər
-
14.09.2026, 15:25
İdmanBasketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
14.09.2026, 14:03
MOKPauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
-
14.09.2026, 13:11
İdmanAzərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
14.09.2026, 12:59
MOK“Elite polo club” çempion oldu
-
14.09.2026, 12:53
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
-
14.09.2026, 11:12
MOKAzərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
-
14.09.2026, 10:36
İdmanMilli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
-
14.09.2026, 10:03
İdmanAzərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
-
13.09.2026, 22:43
İdmanİslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
-
12.09.2026, 21:01
MOKAzərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
-
12.09.2026, 19:28
MOKMOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
-
11.09.2026, 18:56
İdmanİdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
-
11.09.2026, 18:15
İdmanYunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
-
11.09.2026, 17:03
İdmanAzərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
10.09.2026, 15:08
İdmanTürkiyə yelkənçiləri Bakıda
-
10.09.2026, 14:38
İdmanRəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
-
10.09.2026, 13:31
İdmanFederasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 10:17
İdmanAzərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
-
09.09.2026, 17:50
MOKİtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
-
09.09.2026, 13:50
İdmanKata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
-
09.09.2026, 01:11
İdmanÇempionlar Liqası: Liqa mərhələsinə start verildi
-
08.09.2026, 12:31
İdmanVelosipedçimiz Almatıda dördüncü oldu
-
08.09.2026, 12:23
İdmanAzərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
-
08.09.2026, 11:49
İdmanFormula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
-
08.09.2026, 10:50
İdmanTürkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
-
08.09.2026, 10:12
İdmanÇempionlar Liqasında Liqa mərhələsinə start verilir
-
07.09.2026, 20:14
İdmanBadmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
-
07.09.2026, 16:06
İdmanPəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
-
07.09.2026, 15:55
İdmanÜzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
-
07.09.2026, 15:43
İdmanFərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
-
07.09.2026, 15:30
İdmanNicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paylaşım edib
Müsahibə
10.05.2023, 11:14
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik
Heydər Əliyevin nurlu xatirəsinə
10.05.2023. Şuşa.
Əsrarəngiz və bənzərsiz Şuşa.
Ağaclar sıx çətirli, hava təmiz, şəffaf, nəfəs sanki həyatverici eliksir kimidir. Səma son dərəcə mavidir.
Daş döşənmiş dar küçələr. Yerlə-yeksan olmuş evlər, dağıntılar, amma özünəməxsus, doğma görkəmini qoruyub saxlamış dağıntılar.
Ətrafda biçilməmiş sıx otlar. Bəzi yerlərdə al lalələr baş qaldırıb.
Şuşanın sədasını necə təsvir etmək olar? Bəzən bu, tam, lal sükutdur. Quşların səsi, yarpaqların pıçıltısı şəhərin nəfəsidir.
Gəzmək, küçə və döngələr boyu dolanmaq, ağaclara toxunmaq, qədim daşlara sığal çəkərək ovcunla güllələrin izini silmək istəyirsən.
Cıdır düzündə vaxtın necə keçdiyini hiss etmirsən. Ətrafda ancaq ucsuz-bucaqsız dağlar və mavi səma görünür. Otun üzərində uzanasan və bəxtin gətirsə, qartalların səssiz uçuşunu - sanki yavaşıdılmış çəkilişdəki kimi onların nəhəng qanad çalmağını seyr edəsən.
Sehrli Şuşa şəhərində qəlbində olan hisslərini təsvir etmək üçün sözləri necə seçəsən? Fikirlərməni keçmişə aparır...
Ölkə uçurum kənarındadır, işğal olunmuş torpaqlar, xəyanətin qurbanı olmuş Şuşa.
Köçkünlər, köçkünlər, yüz minlərlə köçkün...
Çaşqınlıq, bəla və sonsuz ağrı-acılar. Bax, belə bir vaxtda - 1993-cü ilin payızında Siz –yaşlı, ağır xəstəlik keçirmiş İnsan Azərbaycana rəhbərlik etməyə başladınız. Sanki Siz və ölkə eyni zamanda xəstəliyə düçar olmuşdunuz. Sanki itkilərin, ədalətsizliyin şiddətli ağrısı Sizi yenidən xalqa, xalqı isə Sizə qaytardı.
Sonrası Uca Tanrı tərəfindən yazılmışdır. Sonra bizi ecazkar Şuşa şəhərinə uzun yol gözləyirdi.
Sonra sağalma, dirçəliş, qurub-yaratma. Qürurumuzu özümüzə qaytarma. Zəfər qazanıldı!
Uca Tanrının yazısı Sizin müdrikliyiniz, sarsılmaz, möhkəm iradəniz, Vətəninizə, bizim hər birimizə sonsuz sevginiz sayəsində gerçək oldu.
Gözlərimin önündə sevincli, işıqlı, həyəcanlı xatirələr canlanır. Bu xatirələr mənimlədir, mənimlə olacaq.
Sizin gözləriniz, təbəssümünüz, gülüşünüz və göz yaşlarınız. Danışdığınız əhvalatlar, verdiyiniz məsləhətlər, heç də asan olmayan suallara cavablarınız. Bağışlamaq, sevmək bacarığınız.
Sizin əyilməzliyiniz, iradəniz, öz xalqınıza inamınız – bütün bunlar əbədi olaraq bizimlədir.
Orada - uzaqlarda, səmalarda Siz Şuşanın səsini eşidir və hamımıza öz sevginizi, bizə, Azərbaycana inamınızı göndərirsiniz.
Heç də təsadüfi deyil ki, bu gün Cıdır düzünün səmasında məğrur qartallar qanad çalır.
Sizə sonsuz ehtiramla