SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib

Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib

İdman

Bugün, 15:25

Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.

Bu barədə Olimpiyadunyasi.com-a ABF-dən məlumat verilib.

Tədbir Bakı İdman Sarayında baş tutub.

Sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.

Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib.

Dİgər xəbərlər